Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib
18:52 20 Avqust 2017
218 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib. 
"Report"un məlumatına görə, Yevlax şəhər stadionunda "Kəpəz"lə "Zirə" üz-üzə gəlib.
Oyun "Zirə"nin qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 22-ci dəqiqədə Nicat Qurbanov açıb. O, "Kəpəz"in qapıçısı Davud Kərimi ilə təkbətəkdən fərqlənib. 49-cu dəqiqədə isə Təmkin Xəlilzadə bir neçə oyunçunu keçdikdən sonra qapını dəqiq nişan alıb. 87-ci dəqiqədə isə o, Gəncə klubunun müdafiəçisi Şəhriyar Əliyevin səhvindən sonra təkbətəkdən daha bir qol vurub.
Beləliklə, "Zirə" ardıcıl ikinci matçından qalib ayrılıb və 6 xalla turnir cədvəlində birinci piləni ələ keçirib. "Qarabağ" da eyni xala malik olsa da, daha az qol vurduğu üçün ikincidir. "Kəpəz" isə ilk turda olduğu kimi yenə uduzub. Bu komanda "İnter" və "Neftçi" ilə birgə turnir cədvəlində son pillələri qapayır.
Qeyd edək ki, tura saat 20:00-da başlanacaq "Qəbələ" - "Sumqayıt" matçı ilə yekun vurulacaq. Qəbələ şəhər stadionunda təşkil olunacaq matç saat 20:00-da başlanacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/futbol-uzre-azerbaycan-premyer-liqasinda-ii-turun-daha-bir-oyunu-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR