Suriya müxalifəti Bəşər Əsədlə bağlı məsələnin müzakirəsinə başlayacaq

Suriya müxalifəti Bəşər Əsədlə bağlı məsələnin müzakirəsinə başlayacaq
20:32 20 Avqust 2017
214 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 avqust. REPORT.AZ/ Suriya müxalifəti bazar ertəsi, avqustun 21-də Bəşər Əsədlə bağlı məsələnin müzakirəsinə başlayacaq.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə müxalifətinin Ər-riyad, Qahirə və Moskva platformalarının müzakirələri Ər-Riyadda baş tutacaq.
Qeyd edək ki, müxalifət 2011-ci ildən Əsədin istefasını tələb edirlər. Ər-riyad görüşü sentyabrda Jenevada baş tutacaq danışıqlar öncəsi müxalifətin ümumi fikrə gəlməsi məqsədi ilə keçirləcək.
Görüş iştirakçıları Əsədin gələcək prezidentliyinə öz münasibətini bəyan edəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/suriya-muxalifeti-beser-esedle-bagli-meselenin-muzakiresine-baslayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR