Daşqınlar 700 can aldı

Daşqınlar 700 can aldı
20:34 20 Avqust 2017
241 Digər
Ölkə mətbuatı
A- A+

Cənubi Asiyada irimiqyaslı daşqınlar nəticəsində azı 700 nəfər ölüb, 1 milyondan çox insan evlərini tərk etməyə məcbur olub.

 

APA-nın “Daily Mail” qəzetinə istinadən verdiyi xəbərə görə, son sutka ərzində 100-dək ölüm faktı qeydə alınıb.

 

Bir həftədən çox davam edən təbii fəlakət əsasən Banqladeş, Nepal, Hindistanın Assam, Bixar və Qərbi Benqalıya ştatlarını əhatə edib. Hazırda 900 min Hindistan və 300 min Banqladeş sakini müvəqqəti sığınacaqlarda məskunlaşıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281573

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR