Mingəçevirdə bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəlib

Mingəçevirdə bir gündə iki uşaq təcili yardım maşınında dünyaya gəlib
20:47 20 Avqust 2017
258 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 20 avqust. REPORT.AZ/ Mingəçevirdə iki ayrı təcili yardım maşınında oğlan və qız uşaqları doğulub. “Report”un Şirvan bürosu xəbər verir ki, doğuşlar bu gün şəhərin Vidadi küçəsi 2 və Aydın Məmmədov küçəsi 12 ünvanından hamilə qadınlar təcili yardım maşınları ilə xəstəxanaya götürüldüyü zaman baş verib.
Belə ki, Vidadi küçəsində yaşayan 1982-ci il təvəllüdlü Günel Kərimova oğlunu, Aydın Məmmədov küçəsininin sakini 1996-cı il təvəllüdlü Nuranə Məmmədova isə qız övladını xəstəxanaya yetişmədən təcili yardım maşınında doğub.
Əldə olunan məlumata görə oğlan uşağı vaxtından əvvəl dünyaya gəlib və çəkisi 2 kq 100 qramdır. Bununla belə, hər iki körpənin durumu stabil olaraq dəyərləndirilir və onlar həkim nəzarəti altında saxlanılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevirde-bir-gunde-iki-usaq-tecili-yardim-masininda-dunyaya-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR