Şadlıq sarayının dayanacaq nəzrətçisini yük maşını vurub

Şadlıq sarayının dayanacaq nəzrətçisini yük maşını vurub
22:27 20 Avqust 2017
371 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafa. 20 avqust. REPORT.AZ/ Ağstafada piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birinin önündə baş verib. Belə ki, həmin sarayın önündə avtomobil dayanacağında nəzərətçi işləyən, Ağstafa rayon sakini, 1964-cü il təvəllüdlü Elçin Abbas oğlu Əhmədov avtomobil yoluna çıxıb dayanacağa avtomobilin girməsi üçün istiqamət verən zaman arxadan gələn yük maşını onu vurub. Nəticədə piyada ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sadliq-sarayinin-dayanacaq-nezretcisini-masini-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR