Gəncədə bıçaqlanan sürücü idarə etdiyi avtomobillə qəzaya düşüb

Gəncədə bıçaqlanan sürücü idarə etdiyi avtomobillə qəzaya düşüb
22:57 20 Avqust 2017
356 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 20 avqust. REPORT.AZ/ Gəncədə sürücü yaralı halda idarə etdiyi avtomobillə qəzaya düşüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. 1976-cı il təvəllüdlü Gəncə şəhər sakini Sərdar Mahmud oğlu Məmmədov yığıncaqda mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb. O öz avtomobilinə oturaraq xəstəxanaya yollanıb. Onu Goranboy rayon sakini, 1963-cü il təvəllüdlü Mehriban Hidayət qızı Məmmədova da müşaiyət edib.
Dövlət nömrə nişanı “22 BJ 376” olan avtomobildə idarəetməni itirən yaralı S.Məmmədov yol kənarındakı divara çırpılıb. Nəticədə sürücü və qadın sərnişini ağır xəsarət alıb. Hazırda bıçaqlanan S.Məhərrəmov əməliyyata götürülüb, qəzada yaralanan M. Məmmədova isə travmotologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-bicaqlanan-surucu-idare-etdiyi-avtomobille-qezaya-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR