"Sumqayıt"ın baş məşqçisi: "Keçən illə müqayisədə özümüzə daha çox inanırdıq"

"Sumqayıt"ın baş məşqçisi: "Keçən illə müqayisədə özümüzə daha çox inanırdıq"
23:32 20 Avqust 2017
329 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 avqust. REPORT.AZ/ “Birinci səfər oyunumuz idi. Gözlədiyimizdən də çətin oyun alındı. Komandada bəzi futbolçular meydanda yox kimi idilər. Bu da bizə çətinlik yaratdı. Oyunda “Qəbələ” üstün idi. Belə olacağını da gözləyirdik. İnanırdıq ki, bütün heyətlə, var gücümüzlə oynasaq, nəsə edə bilərik. Əfsuslar olsun ki, 2-3 nəfərdən istədiyimizi ala bilmədik".
"Report"un məlumatına görə, bunu "Sumqayıt" komandasının baş məşqçisi Samir Abasov səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib. O, konkret Xəyal Nəcəfov və Cavid Tağıyevdən narazı qaldığını açıqlayıb. Gənc mütəxəssis təcrübəli futbolçuların özlərini yaxşı tərəfdən göstərmədiklərini də vurğulayıb. Baş məşqçinin fikrincə, bu, ilk səfər oyunu olmasından irəli gələ bilər: "Amma ikinci turdur, qlobal problem deyil. Təcrübəli dediyiniz oyunçuların əksəriyyəti son illər oyun təcrübəsi baxımından əziyyət çəkirdilər".
Abasov xalsız qalmalarına təəssüfləndiyini də bildirib: "Keçən illə müqayisədə özümüzə daha çox inanırdıq. Rəqibin "İnter"lə oyunu da bizə motivasiya vermişdi. Bura ən azı 1 xal üçün gəlmişdik. Amma alınmadı".
"Sumqayıt" növbəti turda "Zirə" ilə qarşılaşacaq. Abasov çempionatın itkisiz irəliləyən liderinin "Kəpəz"lə səfər oyununu 70-ci dəqiqəyədək izlədiyini, amma hələlik III tur qarşılaşmasını düşünmədiklərini dilə gətirib: "Növbəti matçla bağlı nəsə demək üçün bir az vaxt lazımdır". 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sumqayit-in-bas-mesqcisi-kecen-ille-muqayisede-ozumuze-daha-cox-inanirdiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR