Roman Qriqorçuk: "Hazırki nəticə məni sevindirir"

Roman Qriqorçuk: "Hazırki nəticə məni sevindirir"
23:42 20 Avqust 2017
347 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 avqust. REPORT.AZ/ "Bu gün komandamla razı qaldım. Çünki qalib gəldik. Növbəti oyun çox ciddi matçdır. "Qarabağ"la oyunar həmişə maraqlı olub. Ötən mövsüm elə oyunlar oldu ki, lazımsız yerə xallar itirdik. Ona görə də hazırki nəticə məni sevindirir".
"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk evdə "Sumqayıt"ı 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra deyib.
Daha sonra ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Cavid Hüseynovun durumu ilə bağlı nə deyə bilərsiniz?
- Özü oynamaq istəyirdi. Dünən də məşqdə istəyini göstərdi. Lakin risk etmək istəmədik. Boğaz ağrıları və qızdırması var idi. Bu səbəbdən, oynamamasına dair qərar verdik.
- Bir neçə epizod oldu ki, əks-hücum zamanı Filip Ozobiç əlverişli mövqedə olan komanda yoldaşına ötürmə vermədi...
- Təkcə Ozobiçlə bağlı epizodlar olmadı. Razı olmadığım çox epizod oldu. Amma bəzilərində daha ağıllı qərarlar verdik.
- Növbəti tur "Qarabağ"la oynayacaqsınız. "Qarabağ"ın "Kopenhagen"lə oyunu olacaq. Bu baxımdan "Qəbələ"yə üstünlük vermək olarmı?
- Belə söhbətlərə təəccüblənirəm. Burada heç bir problem görmürəm. Mən özüm də avrokuboklarda oynamaq istəyərəm. Bu, komandanı inkişaf etdirir. Təqvimimiz çox yaxşıdır, ondan da razıyam və heç bir problem görmürəm. Avrokuboklarda oynayan komandanın üstünlüyü olur. Çünki onlar daha ciddi rəqiblərlə oynayır və tam hazır durumda olurlar. Bu baxımdan, təqvimdə heç bir problem görmürəm və əksinə, "Qarabağ" üçün üstünlük görürəm. Komanda yaxşı komplektləşsə, bütün bunlar keçərlidir. Bəzi çatışmazlıqlar olsaydı, siz deyən kimi ola bilərdir.
- Oyunun gedişində mübahisəli epizod oldu və baş hakim Əliyar Ağayev heç cərimə zərbəsi də təyin etmədi. Ümumiyyətlə, ötən mövsüm də çoxlu lazımsız xal itirdiyinizi dediniz. Sizcə, referinin bu qərarı davam edən haqsızlığın başlanğıcıdımı?
- Bu oyunun idarəetməsindən qətiyyən razı deyiləm. Həmin epizodda kobuluq var idi. Ancaq nəinki sarı vərəqə, heç cərimə zərbəsi də təyin etmədi. Düşünürdüm ki, ikinci turdur, hələ tezdir. Lakin hakimliklə qətiyyən razı deyiləm. Bu matçda ən azı bir qırmızı vərəqə olmalı idi. Bunlar olsaydı, rəqib də başqa cür oynayardı.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/roman-qriqorcuk-hazirki-netice-meni-sevindirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR