Meyvə şirələrinin faydalı xüsusiyyətləri

Meyvə şirələrinin faydalı xüsusiyyətləri
03:33 21 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Publika.az meyvə şirələrinin tərkibindəki vitaminləri və sağlamlığa faydalı olan xüsusiyyətlərini təqdim edir.

Alma şirəsi dəmirlə zəngindir. Tərkibində kalium və bor elementləri sümükləri möhkəmləndirir. A və C vitaminləri, üzvi turşular, minerallarla bol olan alma şirəsinin tərkibindəki minerallar dərini təravətləndirir, saçı və dırnaqları möhkəmləndirir. Bu şirə ilə qripi və bağırsaq mikroblarını müalicə etmək olur. Qaraciyər və böyrəklərə müsbət təsir edir, mədə-bağırsağın təmizlənməsində ən gözəl dərman alma şirəsidir.

Armud şirəsi- piylənmənin qarşısını alır. A,E,S və P vitaminləri, pektin, karotin, mikroelementlərlə zəngindir. Tərkibindəki makro və mikroelementlərə görə armud şirəsi ilk yerlərdən birini tutur. Tərkibi dəmir, sink, yod, ftor, marqanes, molibden, bor, kobalt, nikel, maqnium, kalsium, natrium, fosfor, kalium, xlor və s təşkil edir. Həzmetmə və bağırsaqların fəaliyyətinə müsbət təsiri var.Qan dövranını yaxşılaşdırır.

Ərik şirəsi А, В, РР vitaminləri , kalium, kalsium və s maddələrlə zəngindir, yaddaşı və dərini yaxşılaşdırır, qaraciyərə müsbət təsiri var, iş qabiliyyətini artırır,orqanizmi möhkəmləndirir,ürək-damar sistemi xəstəliklərində və uzağı görməyənlərə faydalıdır.

Ananas şirəsinin tərkibi vitaminlər kompleksi, 16 mikroelement, ən əsası isə piylərin ərinməsində rol oynayan bromelayn fermentinə malikdir. Həmçinin tərkibində kalori az olduğundan diyetik menyular üçün də münasibdir. Antistress xüsusiyyətə malik ananas şirəsi böyrəklərin, qaraciyərin funksiyalarını normallaşdırır, mədəaltı vəzinin işini yaxşılaşdırır, bağırsaqın fəaliyyətini tənzimləyir.Trombozlar, şişlər, hətta yaddaş zəifliyində də faydalıdır.

Portağal şirəsi S vitamininə görə digərlərini üstələyir. Stress, nevroz və astenik vəziyyətlərdə faydalıdır.Zəhərlənmə və soyuqdəymədə əvəzsizdir. B1, B5 və B 12 vitaminləri ilə zəngindir.

Üzüm şirəsi anemiya, vərəm, zəiflik, halsızlıq zamanı çox faydalıdır. Bədənin enerji ehtiyacını təmin edir, bağırsaqları yumşaldır, sidikqovucu xassəyə malik olduğu üçün orqanizmi toksinlərdən təmizləyir.Üzüm şirəsi fiziki və zehni yorğunluqları aradan qaldırır, ürəyin fəaliyyətini normallaşdırır, dəri yaşlanmasının qarşısını alır.

Vişnə şirəsi: Tərkibində A, E və C vitaminləri, kalium, kalsium və fosfor və s. ilə zəngin olan vişnə şirəsi fermentləri aktivləşdirir, bədəni müxtəlif mikrob və toksinlərdən qoruyur və müqaviməti artırır, qızdırma əleyhinə yaxşı vasitədir.1 stəkan vişnə stəkanı içməklə toxluq hiss edəcəksiniz.

Nar şirəsi ən faydalı şirələrdən biri olub qanı artırır və immuniteti gücləndirir.Vitaminlər, mineral duzlar, fitonsidlərlə zəngin nar şirəsi qanazlığı, hipertoniya, ateroskleroz, soyuqdəymə, bronxit və s. xəstəliklərdə əvəzsiz vasitədir.Tərkibində kalori az miqdardadır, piy və xolesterin praktiki olaraq mövcud deyil.Narın 5 dənəsi alma və portağalı əvəz edir.Narın müntəzəm istifadəsi dəri və saçlara nəzərə çarpacaq dərəcədə təsirlidir.Həmçinin böyrək,ağ çiyər, dalaq və qalxanvari vəzilərin fəaliyyətinə müsbət təsiri var.

Qreypfrut şirəsi - S vitaminin (45%) mənbəyi olmaqla, qan təzyiqi və maddələr mübadiləsini tənzimləyir.Həmçinin artıq piyləri əridir.Tərkibinə görə limon şirəsinə bənzəyən,həmçinin S, A, E, P,K vitaminləri və beta-karotin, üzvi turşular, kalsium, kalium, natrium, maqnium, fosfor, dəmir və s. tərkibli bu şirə sakitləşdiici və antiaritmik təsirə malikdir, hərarəti salır, iştahanı yaxşılaşdırır. Qreypfrutun tərkibindəki alkaloid xinin malyariya və qızdırma əleyhinə effektiv təsiri var.

Yerkökü şirəsi- tərkibindəki karotinoid orqanizmdə A vitamininə çevrilir. Görmə qabiliyyəti, dərinin gözəlliyi, hemoqlobinin təmin olunması və s. bu vacib vitamindən asılıdır. Həmçinin bu şirənin tərkibindəki vitaminlər qaraciyəri qüvvətləndirir, immuniteti gücləndirir, zərərli maddələrin bədəndən xaric olmasına kömək edir. Aclıq pəhrizləri zamanı ilk növbədə yerkökü şirəsi içirlər.Həmçinin tərkibi kalium, fol turşusu ilə zəngin olan yerkökü şirəsiorqanizmin infeksiyalara müqavimətini artırır, ürəyin, böyrəyin, qaraciyərin işini normaya salır.

Şaftalı şirəsi-tərkibi vitaminlərlə zəngin olan şaftalı şirəsi bədənin xətəliklərə qarşı müdafiə mexanizmini artırır, yuxusuzluğu aradan qaldırır, həzmi asanlaşdırır, böyrəklərin və öd kisəsinin normal fəaliyyətinə kömək edir, sidikqovucudur.Ürək xəstələrinə ələlxüsus tövsiyə edilir.

Gavalı şirəsi bağırsaq tıxaclarının qarşısını alaraq qəbzliyi aradan qaldırır.Qanda şəkərin dərəcəsini aşağı salır. Turş gavalının şirəsi şəkərli diabet xəstələrinə daha çox məsləhət görülür.

Pomidor şirəsi az kalorilidir.S vitamini ilə zəngindir.Zehni gücləndirir, əsasən də üzüm şirəsi ilə növbələnən zaman daha tez təsir göstərir.

Feyxoa şirəsi qalxanvari vəzi xəstəliklərində çox faydalıdır.Həmçinin pielonefrit və qastrit xəstələrinin qida rasionuna daxil etmək çox faydalıdır.

Qarağat şirəsi sitrus şirələri kimi orqanizmi, immuniteti möhkəmləndirir,piyləri əridir.

İtburnu şirəsi maddələr mübadiləsini stimullaşdırır, orqanizmi infeksiyalara qarşı davamlı edir, iştahanı artırır və s. Mədədəki ağrıları aradan qaldırır,sidikqovucudur, həzmetməyə müsbət təsiri vardır.

Yemiş şirəsi: həzm sistemini tənzimləyir. Böyrək və sidik kisəsinin fəaliyyətini tənzimləyir. susuzluğu yatırır və bu zaman həm də əsəb sisteminə sakitləşdirici təsir edir. Sidikqovucudur, atereskleroz, anemiya, böyrək, qaraciyər və sidik kisəsi xəstəliklərində müalicəvi preparat kimi istifadə olunur.

Qarpız şirəsi: С, Е, В5 və digər vitaminlərlə zəngindir. Həmçinin tərkibində pektin maddələri, fruktoza, qlukoza, saxaroza, tiamin, riboflavin, karotin, fol turşusu, kalsium, kalium, natrium, maqnium, dəmir və s. olan qarpız şirəsi sidikqovucudur və maddələr mübadiləsinə kömək edir. Orqanizmin ürək-damar və immun sisteminə lazım olan sitrulin də qarpız şirəsinin tərkibində zəngindir.Böyrəyində daş olanlara çox içmək tövsiyə olunur. Həzmetməni normallaşdırır, qəbizliyi aradan qaldırır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/metbex/210499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR