Hamilə ikən hamilə qaldı - FOTOLAR

Hamilə ikən hamilə qaldı - FOTOLAR
04:03 21 Avqust 2017
488 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyada baş verən qeyri-adi hadisələrdən biri də hamilə ola-ola hamilə qalmaqdır.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, qəribə olsa da, amma dünyada 10 belə hadisə qeydə alınıb.

Onlardan biri də ötən il Avstraliyada yaşayan cütlüyün başına gəlib.

Hamilə qalmaq üçün Hormon müalicəsi alan Keyt Hill adlı qadın 10 gün ərzində 2 dəfə hamilə qalıb.

Ən qəribəsi isə odur ki, cütlük sadəcə bir dəfə intim münasibətdə olub.

“Superfetasiya”adlanan bu hamiləlikdə üçəmlərini gözləyən ana onlardan birini bətnində ikən itirib.

Keyt və əri Peterin iki övladı dünyaya gəlib. Valideynləri əkizlərə Oliviya və Şarlott adını veriblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR