İsveç dünyanın ən yaşlı immiqrantını ölkədən çıxarır

İsveç dünyanın ən yaşlı immiqrantını ölkədən çıxarır
07:33 21 Avqust 2017
324 Dünya
Ölkə mətbuatı
A- A+

İsveç Miqrasiya Bürosu sığınacaq istəyən dünyanın ən yaşlı immiqrantını ölkədən deportasiya etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, qurum bir ildir Qərbi Qotland bölgəsinin Skaraborq şəhərində yaşayan 106 yaşlı Əfqan Bibixal Özbək adlı qadının mühacirət tələbini rədd edərək ölkədən çıxarılması barədə qərar qəbul edib. Bu barədə Azərtac xəbər yayıb. Qadının deportasiyası ilə bağlı qərara etiraz etmək hüququ var.

Ötən il Ə.B.Özbək 105 yaşında olarkən ailəsi ilə birlikdə qeyri-qanuni yolla Xorvatiyaya keçib. Xorvatiya polisi qadının sənədlərini araşdırdıqlarını və onun 105 yaşında olduğunu təsbit etdiklərini açıqlayıb. Yaşlı qadın bundan sonra İsveçə gedib və sığınacaq istəyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR