Bakıda qız qoca anasının başına stəkanla vurub

Bakıda qız qoca anasının başına stəkanla vurub
09:52 21 Avqust 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ Bakıda qoca qadın qızı tərəfindən döyülüb.
"Report" xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Belə ki, Buzovna qəsəbəsi, Bünyatov küçəsi 6 A ünvanında yaşayan 1936-ci il təvəllüdlü Quliyeva Rəhilə Şükür qızı övladı ilə mübahisə edib. Nəticədə R.Quliyevanın qızı stəkanla anasının başına zərbə vurub. Başından xəsarət alan qoca qadın 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-qiz-qoca-anasinin-basina-stekanla-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR