ABŞ-a məxsus hərbi gəmi neft tankeri ilə toqquşdu: 10 ölü, 5 yaralı

ABŞ-a məxsus hərbi gəmi neft tankeri ilə toqquşdu: 10 ölü, 5 yaralı
09:53 21 Avqust 2017
138 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ hərbi donanmasına aid hərbi gəmi Sinqapurun şərq sularında neft tankeri ilə toqquşub.

Publika.az xəbər verir ki, qəza nəticəsində ABŞ donanmasına aid 10 hərbçi həlak olub, 5-i xəsarət alıb.

“USS Con Makkeyn”adlı gəmi Sinqapur şəhər limanında qısa fasilə üçün lövbər salacaqdı. Lakin gəmi hələ də məlum olmayan səbəbdən 07:24 radələrində Liberiyaya məxsus “Alnic MC” adlı neft tankeri ilə toqquşub.

Bölgədə ABŞ-a aid hərbi helikopterlərlə birgə Sinqapur donanması da axtarış-xilasetmə işləri aparır.

Hərbi gəmiyə atasının və özünün adı verilən respublikaçı senator Con Makkeyn hadisə ilə bağlı Tvitter hesabından açıqlama verib. O, həyat yoldaşı ilə bərabər amerikalı əsgərlər üçün dua etdiyini qeyd edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR