Azərbaycan Ukraynadan 26 mln. dollarlıq siqaret alıb

Azərbaycan Ukraynadan 26 mln. dollarlıq siqaret alıb
10:02 21 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ Ukrayna 2017-ci ilin yanvar-iyul aylarında 147,303 mln. ABŞ dolları məbləğində siqaret, siqar və papiros məhsulları ixrac edib. "Report"un "UNN" saytına istinadən verdiyi məlumata görə, bu rəqəmlər Ukrayna Dövlət Fiskal (Maliyyə) Xidmətinin hesabatında yer alıb.
Bu dövrdə siqaretin ən iri idxalçısı Yaponiya olub. Ukraynadan bu ölkəyə 37,2 mln. dollarlıq siqaret məhsulu ixrac edilib. İkinci yerdə olan Gürcüstan 28,9 mln. dollarlıq, üçüncü olan Azərbaycan isə 25,6 mln. dollar məbləğində siqaret alıb.
Eyni zamanda, hesabat dövründə siqaret idxalı 29,6 mln. dollat təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycan-ukraynadan-26-mln-dollarliq-siqaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR