Bu gün kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır

Bu gün kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır
10:02 21 Avqust 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün saat 17:00-da başa çatır. 
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, abituriyentlər tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.
Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilir və o, qəbul olunanlar siyahısından xaric edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bu-gun-kolleclere-qebul-olunan-abituriyentlerin-qeydiyyati-basa-catir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR