Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə
Qlobal Gənc Liderlər Forumu başlayıb.
Publika.az xəbər verir ki, forum 4 gün davam edəcək.
Forumda iştirak etmək üçün bir neçə ölkənin sabiq prezidentləri,
baş nazirləri, nüfuzlu ictimai və dövlət xadimləri Bakıya gəlib.
Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev, Serbiyanın sabiq
prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq prezidenti İvo
Yosipoviç, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Bosniya və
Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, İsrailin sabiq
prezidenti Dalia İtzik, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldin,
Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin forumda iştirak
edirlər.
Foruma bir sıra digər nüfuzlu ictimai xadimlər, habelə iri
korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli
qonaq gəlib. Toplantı çərçivəsində keçirilən panel iclasları və
qrup müzakirələrində gənc liderlər böyük siyasi təcrübəyə malik
sabiq dövlət başçıları ilə interaktiv dialoq şəklində müxtəlif
mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, Foruma dünyanın 80-ə yaxın aparıcı gənc lider və
tədqiqatçısının, dünyanın nüfuzlu ali təhsil ocaqlarının
nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının da
qatılıb.