Azərbaycanda külək elektrik stansiyalarında istehsal 20% azalıb

Azərbaycanda külək elektrik stansiyalarında istehsal 20% azalıb
10:17 21 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanda küləklə işləyən elektrik stansiyaları 8,5 mln. kVt/saat həcmində elektrik enerjisi istehsal edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,8% azdır.
Bu müddətdə günəş enerjisi ilə işləyən stansiyaların istehsalı isə 25,3 mln. kVt/saat təşkil edib ki, bu da illik müqayisədə 31,2% azdır.
Son bir ildə ölkədə istilik elektrik stansiyalarının istehsalı illik müqayisədə 3% artaraq 11 371,4 mln. kVt/saat, su elektrik stansiyalarının istehsalı isə 5,8% azalaraq 1 201,2 mln. kVt/saat təşkil edib.
Bu ilin ilk 7 ayı ərzində ölkədə cəmi elektrik enerjisi istehsalı isə illik müqayisədə 1,7% artaraq 13 156,7 mln. kVt/saat olub.
Bu həcmin 12 606,4 mln. kVt/saatını əmtəəlik elektrik enerjisi istehsalı təşkil edib ki, bu da illik müqayisədə 2% çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-kulek-elektrik-stansiyalarinda-istehsal-20-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR