Latviyanın keçmiş prezidenti: "Bakıda keçirilən Qlobal Forum gənc liderlər üçün faydalı platformadır"

Latviyanın keçmiş prezidenti: "Bakıda keçirilən Qlobal Forum gənc liderlər üçün faydalı platformadır"
10:17 21 Avqust 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ "Qlobal Gənc Liderlər Forumu gənclərin müxtəlif ölkələrin müxtəlif mədəniyyətlərindən olan insanların təcrübəsi ilə qarşılaşdığı yerdir".
"Report" xəbər verir ki, bunu jurnalistlərə Bakıda keçirilən Gənc Liderlər Forumu çərçivəsində Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib.
"Bu tədbir sayəsində biz onların bu rəngarəng dünyadakı rolunu müəyyən etməyə çalışırıq. Bakı bu cür tədbirlərin keçirilməsi üçün ən yaxşı yerlərindən biridir. Çünki şəhər belə beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəyə malikdir. Bu, gənclərin də cəlb edilməsi ilə yeni ideyanın başlanğıcıdır", - o bildirib.
V.Zatlers Azərbaycandakı forumdan sonra iştirakçılar yenidən, amma artıq təcrübəli insanlar, ölkələrinin liderləri kimi görüşəcəklərinə ümid etdiyini bildirib.
Qeyd edək ki, bu gün Bakıda işinə başlayan və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Gənc Liderlər Forumunda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısı, o cümlədən iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq iştirak edir.
Bundan başqa, Makedoniya və Monteneqro prezidentlərinin, həmçinin, Latviya, Ukrayna Albaniya, Andorra, Bosniya və Herseqovinanın sabiq prezident və baş nazirlərinin övladları tədbirə qatılmaq üçün Bakıya gəliblər.
Tədbirdə liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin liderliyin daxili və xarici hüdudları müzakirə olunacaq, debatlar təşkil ediləcək. Forum iştirakçıları “Mənə görə liderlik nədir?”, “Liderliyi necə öyrənmək olar?”, “Qadın və kişilər fərqli şəkildə liderlik edirlərmi?”, “Mədəniyyətlər fərqli yol göstərir?” kimi mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Forum avqustun 24-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/latviyanin-kecmis-prezidenti-bakida-kecirilen-qlobal-forum-genc-liderler-ucun-faydali-platformadi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR