Tovuzda gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralanan var

Tovuzda gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralanan var
10:22 21 Avqust 2017
231 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 21 avqust. REPORT.AZ/ Bakı-Qazax magistral avtomobil yolunun 435–ci km-də Tovuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı “Mercedes” markalı minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlu vəfat edib. Həmin maşında olan sərnişin - Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Romanova Oksana Andrey qızı yaralı halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, “Mercedes” markalı avtomobildə olanlar Dövlət Gömrük Komitəsinin əməkdşaları olub.
Faktla bağlı araşdırmalara başlanılıb.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-gomruk-emekdaslari-qezaya-dusub-olen-ve-yaralanan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR