Nazpəri Dostəliyevanın evindən içi pul dolu seyf apardılar

Nazpəri Dostəliyevanın evindən içi pul dolu seyf apardılar
10:24 21 Avqust 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq olub.

 

APA-nın məlumatına görə, hadisə avqustun 19-da qeydə alınıb. N. Dostəliyevanın Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 15 ünvanında yerləşən evindən içərisində pul və sənədlər olan seyf oğurlanıb.

 

Xalq artisti bu barədə polisə məlumat verib.

 

Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə ilə bağlı N. Dostəliyevanın özündən məlumat almaq mümkün olmayıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281596

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR