Messi transfer olunur - ŞOK RƏQƏM

Messi transfer olunur -   ŞOK RƏQƏM
10:27 21 Avqust 2017
152 İdman
Ölkə mətbuatı
A- A+

Neymardan sonra Lionel Messi də "Barselona"dan gedəcək. Fanat.Az xəbər verir ki, bu iddia ilə Fransa mətbuatı çıxış edib.


İddia olunur ki, "Mançester Siti" argentinalı ulduzun müqaviləsindəki maddədən istifadə etmək istəyir. Həmin maddəyə əsasən 300 milyon avro ödəniləcəyi halda Messi komandanı tərk edə bilər.


Bildirilir ki, Messi vaxtı ilə "Barselona"da rəhbərliyi altında oynadığı Pep Qvardiola ilə yenidən birlikdə çalışmaq istəyir. O, həmçinin Neymarın 222 milyon avroluq transferini keçərək dünyanın ən bahalısı olmaq arzusundadı. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-messi-transfer-olunur-t60044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR