Robert Prosineçkinin Bakıya gəlişinin ləngimə səbəbi müəyyənləşib

Robert Prosineçkinin Bakıya gəlişinin ləngimə səbəbi müəyyənləşib
10:27 21 Avqust 2017
114 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin Bakıya gəlişinin yubanma səbəbi müəyyənləşib. "Report"un məlumatına görə, bu, hazırda vətəni Xorvatiyada olan 48 yaşlı mütəxəssisin ailəsində problemin yaranması ilə əlaqədardır.
Daha dəqiqi, R.Prosineçkinin qızı qidadan zəhərlənib. Bu səbəbdən, son olaraq, avqustun 20-nə nəzərdə tutulan Bakı səfəri növbəti dəfə yubanıb. Baş məşqçinin avqustun 22-də gələcəyi bildirilir.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 1-də səfərdə Norveçlə, sentyabrın 4-də isə evdə San Marino ilə 2018-ci il dünya çempionatının seçmə oyunlarına çıxacaq. Hələlik bu qarşılaşmalar üçün heyət açıqlanmayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/robert-prosineckinin-bakiya-gelisinin-lengime-sebebi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR