Kollec və texnikumlara qəbul olanların qeydiyyatı yekunlaşır

Kollec və texnikumlara qəbul olanların qeydiyyatı yekunlaşır
10:34 21 Avqust 2017
135 Digər
Ölkə mətbuatı
A- A+

 

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır.

 

DİM-dən Lent.az-a verilən məlumata görə, qeydiyyat prosesi bu gün saat 17:00-da yekunlaşacaq. Abituriyentlər tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilir və o, qəbul olunanlar siyahısından xaric edilir.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR