Azərbaycanlının axtarışına xüsusi komanda cəlb edildi

Azərbaycanlının axtarışına xüsusi komanda cəlb edildi
10:58 21 Avqust 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində şübhəli bilinən şəxs Uzaq Şərq federal dairəsinin bütün regionlarında polis tərəfindən axtarılır.

Publika.az xəbər verir ki, bu haqda “İnterfaks” agentliyinə Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk üzrə idarəsinin KİV-lə əlaqələr üzrə mütəxəssisi Kiril Blinov bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Uzaq Şərqin bütün nəqliyyat qovşaqlarına diqqətlə nəzarət edirlər. Qatili ağır cinayətlərin açılması üzrə ixtisaslaşan təcrübəli tədqiqatçıların komandası axtarır.

Həmçinin müstəntiqlər şübhəli şəxsin tanışlarının dairəsini yoxlayırlar. Şübhəli şəxsin qaydasız döyüş üzrə idmançı olduğu barədə informasiya isə təsdiqlənməyib.

Xatırladaq ki, dünən səhər Andrey Draçyov Xabarovskda kafenin qarşısında bir nəfərlə dalaşan zaman başından aldığı zərbə nəticəsində xəstəxanada ölüb.

“Qazeta.ru” saytı A.Draçyovu öldürən şəxsin Azərbaycan əsilli 25 yaşlı Anar Ziranov olduğu, onun döyüş idman növləri ilə məşğul olduğunu yazıb. Digər məlumatlara görə, A.Draçyovu öldürən şəxs Amur sakini olan 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğludur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/210537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR