ABŞ və Cənubi Koreya ordusu irimiqyaslı birgə təlimlər keçirir

ABŞ və Cənubi Koreya ordusu irimiqyaslı birgə təlimlər keçirir
11:12 21 Avqust 2017
111 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ ABŞ və Cənubi Koreya ordusu avqustun 21-də irimiqyaslı birgə təlimlərə başlayıb.
“Report” “dw”ya istinadən xəbər verir ki, “Ulchi Freedom Guardian” (“Ulçi azadlığın müdafiəsi” ) kod adı altında keçirilən hərbi təlimlər 11 gün davam edəcək. 
İnformasiyaya əsasən, hərbi təlimlərə ABŞ-ın 17 min 500 əsgər və zabiti cəlb edilib. Şimali Koreyadan ehtimal olunan təhlükənin qarşısını almaq məqsədi ilə ABŞ Cənubi Koreyaya 28 min 500 hərbçi yerləşdirib.
Məlumata görə, təlimlərdə Avstraliya, Britaniya, Kanada, Kolumbiya, Yeni Zelandiya, Niderland hərbçiləri də iştirak edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-ve-cenubi-koreya-ordusu-irimiqyasli-birge-telimler-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR