Atambayevin adamı istefaya gedir- HÖKUMƏT BURAXILIR

Atambayevin adamı istefaya gedir- HÖKUMƏT BURAXILIR
11:18 21 Avqust 2017
119 Dünya
Ölkə mətbuatı
A- A+

Qırğızıstanın Baş naziri Soronbay Cenbekov oktyabrda keçiriləcək prezident seçkisində namizəd kimi rəsmən qeydiyyatdan keçib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

MSK-nın qərarından sonra keçirilən hökumət iclasında baş nazir seçkilərdə iştirakla əlaqədar istefa verəcəyini açıqlayıb. Bu, Qırğızıstanın bütün hökumətin istefası deməkdir. Gözlənilir ki, hökumətin qalan üzvləri yeni Nazirlər Kabinetinin formalaşmasına qədər öz vəzifələrini icra edəcəklər.

İyulda prezident Almazbek Atambayev jurnalistlərə bildirib ki, Cenbekovseçkilərin gedişatında inzibati resurslardan istifadə ilə bağlı şübhələrin qarşısını almaq üçün istefa verməyə məcbur olub.

Qırğızıstanda prezident seçkiləri 15 oktyabr tarixinə təyin edilib. Konstitusiyaya əsasən, prezident altıillik müddətə seçilir və vətəndaş yalnız bir dəfə bu ali postu tuta bilər. Namizədliklərin irəli sürülməsi avqustun 1-də başa çatıb. MSK-nın məlumatına əsasən 59 nəfər seçkilərdə iştirak etmək üçün müraciət edib. Onlardan 9-u sonradan müraciəti geri götürüb.

Soronbay Cenbekovdan əvəvl daha iki nəfər – “Ak-Şumkar” Partiyasının lideri, parlamentin deputatı Temir Sariyev və “Respublika” Partiyasının lideri Omurbek Babanov namizəd kimi rəsmən qeydiyyatdan keçib. Onların hər iki sabiq baş nazirlərdir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/210541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR