"Fitch" Yunanıstanın reytinqlərini yüksəldib

"Fitch" Yunanıstanın reytinqlərini yüksəldib
11:27 21 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ “Fitch” beynəlxalq reytinq agentliyi Yunanıstanın xarici və milli valyutada uzunmüddətli defolt reytinqini “CCC”-dən “B-”yə, qısamüddətli defolt reytinqini isə “C”-dən “B”-yə yüksəldib.
“Report” xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, reytinq üzrə proqnoz “müsbət”dir.
Bununla yanaşı, ölkə üzrə reytinq mümkün maksimal həddi "В"-dən с "В-"-yə dəyişdirilib.
Bundan başqa, emitentin uzunmüddətli təmin olunmuş istiqrazları üzrə reytinqi “CCC”-dən “B-”-yə, qısamüddətli təmin olunmuş istiqrazları üzrə reytinqi isə “C”-dən “B”-yə yüksəldilib.
“Fitch” hesab edir ki, Yunanıstan iqtisadiyyatı tədricən bərpa olunur, ölkənin maliyyə vəziyyəti yaxşılaşır. Agentlik bu il ölkədə ümumi daxili məhsulun (ÜDM) 1,6%, gələn il isə 2,1% artacağını proqnozlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/fitch-yunanistanin-reytinqlerini-yukseldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR