Azərbaycan yığmasının baş məşqçisinin qızı zəhərlənib - QİDADAN

Azərbaycan yığmasının baş məşqçisinin qızı zəhərlənib - QİDADAN
11:34 21 Avqust 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin Bakıya gəlişinin yubanma səbəbi müəyyənləşib. 

Lent.az-ın "Report"a istinadən məlumatına görə, bu, hazırda vətəni Xorvatiyada olan 48 yaşlı mütəxəssisin ailəsində problemin yaranması ilə əlaqədardır.

Belə ki, R.Prosineçkinin qızı qidadan zəhərlənib. Bu səbəbdən onun avqustun 20-nə nəzərdə tutulan Bakı səfəri növbəti dəfə yubanıb. Baş məşqçinin avqustun 22-də gələcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 1-də səfərdə Norveçlə, sentyabrın 4-də isə evdə San Marino ilə 2018-ci il dünya çempionatının seçmə oyunlarına çıxacaq. Hələlik bu qarşılaşmalar üçün heyət açıqlanmayıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281603

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR