Avtomobil su arxına aşdı: bir ailənin 4 üzvü yaralı

Avtomobil su arxına aşdı: bir ailənin 4 üzvü yaralı
11:49 21 Avqust 2017
121 Digər
Ölkə mətbuatı
A- A+

Qəbələ rayonunda bir ailənin 4 üzvünün ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qəbələ-İsmayıllı avtomobil yolunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Əsədov Vasif Nadir oğlu 90-BH-400 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobillə hərəkətdə olarkən qəflətən onun qarşısına “VAZ 21010” markalı maşın çıxıb. Vasif Əsədov həmin avtomobillə toqquşmamaq üçün manevr etmək istəyərkən idarəetməni itirərək avtomobili su arxına aşırıb.

 

“VAZ 21010” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

 

Hadisə zamanı Vasif Əsədov, onun övladları-2005-ci il təvəllüdlü İlkin, 2007-ci il təvəllüdlü Nadir və 2013-cü il təvəllüdlü Nuray müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili yardım avtomobili ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281606

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR