“Mançester Yunayted” Zlatan İbrahimoviçlə yeni müqavilə bağlaya bilər

“Mançester Yunayted” Zlatan İbrahimoviçlə yeni müqavilə bağlaya bilər
11:52 21 Avqust 2017
118 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” klubu futbolçu Zlatan İbrahimoviçlə yeni müqavilə bağlaya bilər.
“Report”un ESPN-ə istinadən verdiyi məlumata görə, buna səbəb 36 yaşlı isveçli hücumçunun dizindən aldığı ağır zədədən sonra erkən sağalmasıdır.
Daha əvvəl aprelin 20-də Avropa Liqasının 1/4 final mərhələsində Belçika “Anderlext”i ilə görüşdə ağır zədə alan forvardın 2017/2018 mövsümünün ikinci yarısında meydana qayıdacağı bildirilirdi.
Qeyd edək ki, Zlatan İbrahimoviç ötən mövsüm “Mançester Yunayted”in formasını geyinib. O, iştirak etdiyi 46 matçda 26 qol vurub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mancester-yunayted-zlatan-i-brahimovicle-yeni-muqavile-baglaya-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR