"Eurovision" qalibi Ruslana: "Muğamı öyrənirəm"

"Eurovision" qalibi Ruslana: "Muğamı öyrənirəm"
12:02 21 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ "Bakıda keçirilən hər bir tədbir mənim üçün vacib və maraqlıdır. Burada daim mədəni layihələr üzərində işləyirik, Azərbaycanın ekzotikasını öyrənirik və mən şəxsən muğamı öyrənirəm".
"Report" xəbər verir ki, bunu ukraynalı müğənni, "Eurovision-2004" mahnı müsabiqəsinin qalibi Ruslana jurnalistlərə açıqlamasında deyib.
O, bu gün Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda Uktaynanın səsi, Maydanın səsi kimi iştirak etdiyini bildirib və məqsədinin müxtəlif sahələrdə proseslərin aparılmasını üzərinə götürmüş şəxslərin həqiqətən dünyanı necə dəyişə biləcəyi təcrübəsini bölüşmək olduğunu vurğulayıb: "Mənə elə gəlir ki, Azərbaycan tamamilə fərqli insanları bir araya gətirən unikal demokratik platformadır. Bu forum yeni liderlərin yeni dünya yaratmaq iqtidarında olduğunu göstərir".

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/eurovision-qalibi-ruslana-mugam-oyrenirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR