DOLLAR qıtlığı, "28 May"-da şıdırğı "Qara bazar"

Banklarda dollar satışının məhdudlaşdırılması “qara bazar”ın canlanmasına səbəb olub.

Metbuat.az xəbər verir ki, ən məşhur "qara bazar" isə “28 May” metrostansiyasının yaxınlığında fəaliyyət göstərdiyi deyilir.

Qeyd edək ki, “qara bazar”ın fəaliyyət göstərməsi qanunla qadağandır.

DİN-in mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev Metbuat.az-a açıqlamasında məsələyə münasibət bildirib:

“Belə hallara qarşı polis həmişə lazımi tədbirləri keçirir. Məsələ daim diqqət mərkəzində saxlanılır. Dediyiniz ərazidə isə Daxili İşlər Nazirliyinin əməkdaşları mütəmadi olaraq reydlər keçirir. Vətəndaşlarda belə hallar haqda məlumat varsa, ərazi üzrə polis orqanına məlumat verə bilərlər”.

Bakının bu əraziləri çox təhlükəlidir - Evlər sökülə bilər...-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR