Serbiya Makedoniyadakı bütün diplomatlarını geri çağırıb

Serbiya Makedoniyadakı bütün diplomatlarını geri çağırıb
12:37 21 Avqust 2017
127 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ Serbiya Makedoniyanın paytaxtı Skopyedəki diplomatik təmsilçiliyində işləyən bütün əməkdaşları geri çağırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda Serbiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
İnformasiyaya əsasən, Serbiyanın Makedoniyadakı səfiri Duşanka Divyak Tomiç ötən gecə artıq Belqrada gedib.
Məlumata görə, diplomatlar təcili məsləhətləşmə üçün geri çağırılıb.  
Serbiyanın Xarci İşlər Nazirliyi yaranmış vəziyyəti TASS-a şərh etməkdən imtina edib. Qurumun başçısı İvitsa Daçiçin bu gün xüsusi bəyanatla çıxış edəcəyi gözlənilir.
Xəbərdə bildirilib ki, bir müddət əvvəl Serbiya hökuməti Makedoniyadan diplomatik nümayəndəliklərinin təhlükəsizliyi üçün əlavə tədbrilər görməyi istəmişdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/serbiya-makedoniyadaki-butun-diplomatlarini-geri-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR