Qaradağda “KamAZ”la minik avtomobili toqquşub, ölən və yaralanan var

Qaradağda “KamAZ”la minik avtomobili toqquşub, ölən və yaralanan var
12:52 21 Avqust 2017
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ Qaradağ rayonunda ağır yol qəzası olub, ölən və yaralanan var.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, avqustun 19-da saat 9 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Salyan rayon sakini Ramil Mustafayevin idarə etdiyi “KamAZ” və Gəncə şəhər sakini Ramin Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə R.Abbasovun sərnişini- Göygöl rayon sakini Nəriman Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Faktı Baş İstintaq və Təhqiqat İdarəsi araşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qaradagda-agir-yol-qezasi-bas-verib-olen-ve-yaralanan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR