Gəncədə 3 evdən, 6 avtomobildən və qəbiristanlıqdan oğurluq edən şəxs tutulub

Gəncədə 3 evdən, 6 avtomobildən və qəbiristanlıqdan oğurluq edən şəxs tutulub
12:57 21 Avqust 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ Gəncə şəhəri ərazisində 3 evdən, 6 avtomobildən və qəbiristanlıqdan oğurluq edən şəxs tutulub.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 4-dən cari il avqustun 7-dək olan müddətdə Gəncə şəhəri ərazisində 3 evdən məişət əşyaları, 6 avtomobildən akkumulyator, habelə qəbirlərdən birinin üzərindəki 2 ədəd mərmərdən hazırlanan güldan oğurlamaqda şübhəli bilinən şəhər sakini Nicat Hüseynov tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-3-evden-6-avtomobilden-ve-qebiristanliqdan-ogurluq-eden-sexs-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR