Bakı sakininin şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib pul alan şəxs saxlanılıb

Bakı sakininin şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib pul alan şəxs saxlanılıb
13:02 21 Avqust 2017
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ Bakı şəhər sakinindən şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3600 manat pul alan şəxs saxlanılıb. 
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, avqustun 14-də Yasamal rayonu ərazisində Abşeron rayon sakini Elnur Musayev Bakı şəhər sakini Elgün Əhmədovu (ad şərtidir) şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3600 manat pulunu alıb.
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə E.Musayev saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-sakininin-sekillerini-sosial-sebekede-yayacagi-ile-hedeleyib-pul-alan-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR