Kənd təsərrüfatı naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Şəmkirdə vətəndaşları qəbul edəcək
13:12 21 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov avqustun 25-də Şəmkir rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinləri ilə görüşəcək.
Nazirlikdən "Report"a daxil olan məlumata görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012) 493 51 64, (050) 352 06 27) və Şəmkir rayon Kənd Təsərrüfatı İdarəsinə (050) 364 44 80) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/kend-teserrufati-naziri-semkirde-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR