Bərdədə qəza törədən sürücü avtomobillə yolun kənarında dayanan insanları vurub

Bərdədə qəza törədən sürücü avtomobillə yolun kənarında dayanan insanları vurub
13:12 21 Avqust 2017
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ Bərdə rayonunun Yenidaşkənd kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. 
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, avqustun 20-də saat 11 radələrində Bərdə rayonunun Yenidaşkənd kəndində rayon sakinləri Nəriman Nərimanlının və Malik Əliyevin idarə etdikləri VAZ markalı avtomobillər toqquşub, M.Əliyev idarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanan Ağcabədi rayon sakinləri Ağapəri Məmmədovanı, Sərvət Məmmədovu və Aygül Səmədovanı vurub. Nəticədə A.Məmmədova hadisə yerində ölüb, S.Məmmədov və A.Səmədova xəstəxanaya yerləşdiriliblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-qeza-toreden-avtomobil-yolun-kenarinda-dayanan-insanlari-vurb

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR