"Kopenhagen" - "Qarabağ" matçının hakimləri açıqlanıb

"Kopenhagen" - "Qarabağ" matçının hakimləri açıqlanıb
13:22 21 Avqust 2017
152 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ "Qarabağ"ın Çempionlar Liqasının "pley-off" mərhələsi çərçivəsində Danimarkada "Kopenhagen"lə keçirəcəyi cavab görüşü üçün bütün təyinatlar açıqlanıb.
"Report"un məlumatına görə, görüş ispaniyalı hakimlər briqadasına həvalə edilib. Baş hakim Alberto Undiano Malyenkoya Roberto Alonso və Raul Kabanero yan xətt, Alexandro Hernandes və Xose Maria Sançes Martines əlavə köməkçi hakimlər, Dieqo Barbero Sevilya isə dördüncü hakim qismində yardımçı olacaqlar.
İtaliyalı Alfredo Trentalanj hakim-inspektor, şotlandiyalı Alan Makray isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 23-də Danimarka paytaxtındakı "Parken" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kopenhagen-qarabag-matcinin-hakimleri-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR