Kataloniya polisi Barselonada avtomobili insanların üzərinə sürən sürücünün kimliyini müəyyənləşdirib

Kataloniya polisi Barselonada avtomobili insanların üzərinə sürən sürücünün kimliyini müəyyənləşdirib
13:47 21 Avqust 2017
127 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ Kataloniya polisi Barselonada avtomobili insanların üzərinə sürən sürücünün şəxsiyyətini müəyyənləşdirdiyini təsdiq edib.
"Report" TASS-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları sükan arxasında Mərakeş əsilli olduğu güman edilən Yunes Abuyaakubun olduğunu düşünür.
"Catalunya Radio" radiostansiyasına müsahibəsində Kataloniya hökumətinin daxili işlər üzrə müşaviri Joakim Forn bildirib ki, şübhəli şəxsin muxtariyyəti tərk etdiyi dəqiq olmasa da, o, Avropanın bütün ölkələrində axtarılır.
Qeyd edək ki, avqustun 17-də Barselonada mikroavtobus sürücüsü qəsdən avtomobili yoldan keçənlərin üzərinə sürüb, terror hücumu nəticəsində 14 nəfər həlak olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kataloniya-polisi-barselonada-avtomobili-insanlarin-uzerine-suren-surucunun-kimliyini-mueyyenlesdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR