Onurğa sütunu əyri olanlara çarə

Psixoloqların apardığı testlərə görə, düz və şax qamətli oturan adamlar özlərini belini əyib oturanlara nisbətən daha xoşbəxt hiss edirlər.

Metbuat.az xəbər verir ki, pis oturmaq nəinki orqanizmi korlayır, hətta insanın bütün həyatını dəyişir. Xoşbəxtlikdən bu səhvləri düzəltmək üçün çıxış yolu var. Aşağıdakı hərəkət sizin bu problemdən uzaqlaşmağa kömək edəcək.

Əvvəlcə qarnıüstə uzanılır, alın döşəməyə qoyulur, əllər yanlara salınır və ovucun içi ilə budlar sıxılır. Sonra nəfəs dərərək baş, döş qəfəsi, qarın yuxarıya doğru qaldırılır. Gücünüz çatana qədər qaldırın. İlk vaxtlar çətin olacaq, sonra vərdiş alacaqsınız. Bir neçə saniyədən sonra nəfəsi buraxıb yenidən əvvəlki vəziyyətə qayıdın. Bu hərəkəti əvvəl 10 dəfə edin, sonrakı günlər 10 dəqiqə edilə bilər. Səhər-axşam fərq etməz. Bu hərəkətdən sonra özünüzü gümrah hiss edəcəksiniz, düz qamətlə yeriyəcəksiniz, bütün daxili orqanlarınız normal çalışacaq. 

Tahirə

Nazpərinin pulla dolu seyfini kim oğurlayıb? - Bacısı deyir ki, yalandır... - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR