Ermənistan dünyanın ən çox yol qəzası baş verən üç ölkəsindən biridir

Ermənistan dünyanın ən çox yol qəzası baş verən üç ölkəsindən biridir
14:47 21 Avqust 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ Gürcüstan, Rusiya və Ermənistan yol qəzalarında ölüm sayına görə tərtib olunan reytinqdə ilk sıralarda qərarlaşıb.
Bu barədə "Report" "Corestone" analitik şirkətinə istinadən məlumat verir.
Reytinqdə Gürcüstan bütün ölkələri qabaqlayıb. Qonşu ölkədə hər milyon sakinə 163,6 ölü düşüb. Rusiya hər milyon sakinə 160,4 ölü göstəricisi ilə 2-ci pillədə qərarlaşıb. Ermənistanda isə yol qəzalarında hər milyon sakinə 114,7 ölüm olub.
Ən az ölüm faktı qeydə alınan ölkələrin ilk üçlüyü isə belədir: Norveç (22,5), Malta (25,5) və İsveç (26,4).
Bu baxımdan, ən təhlükəsiz ölkələr arasında həmçinin Böyük Britaniya (27,7), İsveçrə (30,5), İrlandiya (35,8), İspaniya (36,4), Hollandiya (36,7), Yaponiya (38, 3) və İsrail də (38,4) yer alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistan-dunyanin-en-cox-yol-qezasi-bas-veren-uc-olkesinden-biridir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR