“Üç nöqtə”də günahlarını yada salan Murad Arif: “Bu, kişinin acizliyidir”

“Üç nöqtə”də günahlarını yada salan Murad Arif: “Bu, kişinin acizliyidir”
14:48 21 Avqust 2017
222 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı və müğənni Murad Arif hesab edir ki, sevilən qadın olmağın heç bir şərti yoxdur. O, bildirib ki, sevgi tilsimdir və heç bir qayda-qanun tanımır.

Publika.az xəbər verir ki, “Üç nöqtə” layihəsinin qonağı bu həftə Murad Arif olub. Ulduz heç yerdə deməydiyi peşəmançılıqlarını, təəssüf hisslərini və aruzlarını “Üç nöqtə”də ifadə edib.

- İndiki ağlım olsaydı...

- Lap uşaqlıqdan musiqiyə başlayardım, ən başdan öz mahnılarımı yalnız özüm ifa edərdim.

- Zəmanət verə bilərəm ki...

- Şükür etməkdən yorulmaram.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Özümüzdən başlayardım.

- Kişilər elə o qadına xəyanət etmir, hansını ki...

- Sevir!

- Seviləsi qadın olmağın ilkin şərti...

- Yoxdur belə bir şərt. Sevgi tilsimdir. Şərt tanımır.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Özlərini gəlincik kimi təsəvvür etsinlər. Gəlinciklər qocalmır axı.

- Qadına qarşı şiddət...

- Kişinin acizliyidir.

- Vicdanıma and olsun ki...

- Pislik etmədən, yol kəsmədən, başqasının cibinə girmədən yaşayıram!

- Mən təəssüf edirəm ki...

- Xarici ölkədə (media və sənət üzrə) təhsil almadım.

- Vanqa nənə ilə görüşsəydim...

- Onunla bərabər, İnsanlara şəfqət və mərhəmət üçün dua edərdim.

- Tənhalıq insan üçün lənətdir, yoxsa ki...

- Zikr etməyə, şükür etməyə, Allahı eşitməyə fürsət.

- Ən böyük səhvim...

- Yeniyetməlik illərində, ixtisas və təhsilimlə bağlı verdiyim qərarlardır.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Mane olmuram, sonadək dinləyirəm...

- Riyakarlıqla üzləşəndə...

- O adamlara olan etibarım birdəfəlik sona yetir.

- Tanrı insanları ona görə qeyri-bərabər yaradıb ki...

- Bir-birimizdən nümunə götürüb, daha yaxşı olmaq üçün yarışaq.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Tozdan yaranıb toza dönəcəyimizi görürəm.

- Günahlarım yadıma düşəndə...

- Əhv diləyirəm.

- Unuda bilmədiyim sevgilimə demək istəyirəm ki...

- Beləsi olmayıb.

- İlahi ədalətə inancımı o zaman itirdim ki…

- Bu mümkünsüzdür!

- Yaxşı gündə, pis gündə...

- Ailəm mənim Vətənimdir!

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/210571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR