"Ovsun yoxdu" deyənlər üçün: Bir dəfə baxın, Luşpin sizi başqa dünyaya aparacaq - FOTOLAR

"Ovsun yoxdu" deyənlər üçün: Bir dəfə baxın, Luşpin sizi başqa dünyaya aparacaq - FOTOLAR
14:53 21 Avqust 2017
305 Maraqlı
Ölkə mətbuatı
A- A+

Şəhərin mənzərəsində maraqlı sirlər çoxdur: romantika, müəmma, enerji, həzz və özünəməxsus gözəllik. Günəşin doğulması ilə küçələrin səs-küyü və vurnuxması başlayır, qaranlıq çökməyə başlayanda isə parlaq işıqlar alışır və şəhər əsrarəngiz bir mühitə dalır. Sözügedən mövzuya üstünlük verən müasir rusiyalı rəssam Yevgeni Luşpin əsasən payız-qış fəsillərində küçələri, yolları, meydanları, evləri və səkiləri əks etdirdiyi çoxlu sayda parlaq əsərlər yaradıb…

Publika.az bildirir ki, Yevgeni Rusiya Rəssamları Yaradıcılığı İttifaqının üzvüdür. Hazırda o, doğulub boya-başa çatdığı doğma Moskvada yaşayıb-yaradır. Şəhər mənzərələrini, memarlıq obyektlərini və şəhərin küçələrindəki ab-havanı böyük ruh yüksəkliyi ilə əks etdirən rəssamın texnikası realizmlə hiperrealizmin zərif sərhədində dalğalanır. Rusiya ilə Qərbi Avropanın təsviri sənətinin ən üstün ənənələrinə sadiq qalan müəllif forma ilə çalarları mahiranə surətdə əlaqələndirərək, nağılvari, eyni zamanda, bəzən fotoşəkildən fərqlənməyən kifayət qədər realist mənzərələr yaradır. İstedadı, təxəyyülü, fantaziyası və yüksək peşəkar bacarıqları sayəsində Yevgeni böyük uğurlara imza ataraq, müasir dövrün ən görkəmli rus rəssamlarından birinə çevrilib. Onun sənət əsərləri şəxsi kolleksiyalarda, həmçinin Amerikanın, Avropanın və Rusiyanın bir çox muzeylərində saxlanılır.

Rəssamın çəkdiyi şəhərlərin mənzərələrini əks etdirən silsiləni müxtəlif hadisələrlə zəngin həyat yaşamış adamlarla müqayisə etmək olar. Birilərinin qonaqpərvər ev sahibləri kimi qucaq açdığı bir vaxtda, deyingən qocalara bənzər digərləri kölgədə qalaraq, qıyğacı baxışları ilə baş verənləri seyr edirlər…

1. Şəhər mənzərəsi. Müəllif: Yevgeni Luşpin.

2. Kilsə melodiyası. Müəllif: Yevgeni Luşpin.

3. Qış mənzərəsi. Müəllif: Yevgeni Luşpin.

4. Damlar. Müəllif: Yevgeni Luşpin.

5. Evə tərəf gəzinti. Müəllif: Yevgeni Luşpin.

6. Annesidə axşam. Müəllif: Yevgeni Luşpin.

7. Köhnə nohur. Müəllif: Yevgeni Luşpin.

8. Axşam çay dəstgahı. Müəllif: Yevgeni Luşpin.

9. Xatırlayırsanmı? Müəllif: Yevgeni Luşpin.

10. Bizim görüşlər üçün xüsusi yerimiz. Müəllif: Yevgeni Luşpin.

11. Yeddi bacı. Müəllif: Yevgeni Luşpin.

12. Sakit axşam. Müəllif: Yevgeni Luşpin.

13. Qızıl an. Müəllif: Yevgeni Luşpin.

14. Yağışlı səhər. Müəllif: Yevgeni Luşpin.

15. Milada evə qayıt. Müəllif: Yevgeni Luşpin.

16. Toranlığın əksi. Müəllif: Yevgeni Luşpin.

17. Venesiya qışda. Müəllif: Yevgeni Luşpin.

18. Qədim Kioto. Müəllif: Yevgeni Luşpin.

19. Praqa simfoniyası. Müəllif: Yevgeni Luşpin.

Zaur H.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/foto/210515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR