İsmayıllıda sürücü piyadanı vurub öldürdü

İsmayıllı rayonunda yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, avqustun 20-də saat 21 radələrində İsmayıllı rayonunun Diyallı kəndində rayon sakini Aydən Məmmədli idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Xalid Mustafayevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

BAKI: Dilənçilik edən 11 nəfər saxlanılıb - DİN - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR