Həştərxan vilayətinin nümayəndə heyəti yaxın vaxtlarda Azərbaycana səfər edəcək

Həştərxan vilayətinin nümayəndə heyəti yaxın vaxtlarda Azərbaycana səfər edəcək
15:07 21 Avqust 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ "Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi sayəsində Azərbaycanla münasibətlərimiz ən yüksək səviyyədədir".
"Report" xəbər verir ki, bunu Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin vilayətə işgüzar səfərə gedən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ilə görüşdə deyib. O, Azərbaycanla münasibətlərin inkişafında Nərimanov rayonunun rolunu xüsusi vurğulayıb.
"Azərbaycanın bir neçə il ərzində Həştərxan şəhərində həyata keçirdiyi bir sıra humanitar layihələr münasibətlərimizi gücləndirib. Çoxmillətli Həştərxan vilayətinin əhalisi mehriban qonşumuza - Azərbaycana və Azərbaycan xalqına böyük hörmətlə yanaşır", - A.Jilkin bildirib.
Həştərxanda inşa edilməkdə olan Azərbaycan Biznes Mərkəzi barədə danışan A.Jilkin Həştərxan quberniyasının 300 illiyi münasibətilə tikilən mərkəzin Rusiya və Azərbaycan biznesinin cazibə məkanına çevriləcəyini deyib.
Görüş zamanı A.Jilkin və A.Fərzəliyev Azərbaycan Biznes Mərkəzinin tikintisinin başa çatması və Həştərxan vilayətinin rəsmi nümayəndə heyətinin Bakıya qarşıdakı səfəri ilə bağlı məsələləri müzakirə ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/hesterxan-vilayetinin-numayende-heyeti-yaxin-vaxtlarda-azerbaycana-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR