Avtobusda qulaqlarımıza "təcavüz" edən mahnılar

İctimai nəqliyyatın ayrılmaz hissələrindən biri də bayağı mahnılardır.

Sürücülərin sevrərək dinlədiyi bu mahnılar sərnişinlər tərəfindən heç də birmənalı qarşılanmır və sərnişin-sürücü problemini araşdıran zaman əsas məsələlərdən biri kimi ortaya çıxır. Sərnişinlər tərəfindən problemin həlli qulaqlıqla aradan qaldırılır. Bu üsul fərdi olduğundan, ümumi problem qalmaqda davam edir.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Mais Ağayev bildirir ki, ictimai nəqliyyatda mahnı səsləndirmək olmaz:

“Avtobusda bu cür mahnılar səsələndirən avtobus sürücüləri var. Aşkarlandıqca, tərəfimizdən tədbir görülür”.

Metbuat.az-ın məşhur qonağı Elariz Məmmədoğlu - CANLI - Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR