Nadir Qafarzadə: "Erməni düşmənim deyil və...

Tanınmış müğənni Nadir Qafarzadə qalmaqallı açıqlama verib. O, ermənilərin düşmən olmadığını deyib:

"Deyirəm ki, mən olmasaydım bəzi saytlar necə çörək pulu qazanardı? Allahım, şükür Nadirin böyüklüyünə. Yazın, yazın, yazın! Mənim sayəmdə yalanlarla dolu məqalələrinizi, savadsız oxucularınız da oxuyub, savadlansınlar. Yenə, sayəmdə...! Bu günlər gündəmi almışam əlimə. Bilirsiniz, el arasında mənə "İtoynadan Nadir" də deyirlər. Hətta sənətdə heç bir şey etməyib, kaftar yaşına çatanlar da sayəmdə reklam olunmaq üçün dəridən-qabıqdan çıxırlar. Var ol, Nadir! Nə yaxşı ki, varsan! Allah səni xarici yox, daxili düşmənlərdən qorusun. Dahi Nadir! Demə, erməni düşmənim deyilmiş, düşmənim öz içimdədir. Allaha şükür ki, indi anladım".

Mətbuat.az bu fikirləri söyləyərkən müğənninin kimləri nəzərdə tutduğunu öyrənmək üçün onunla əlaqə saxladı. N.Qafarzadə konkret ad çəkmədi. O bildirdi ki, erməni məsələsində haqlıdır:

"Kim nə fikirləşirsə, cəhənnəmə fikirləşsin. Mən nə edim ki, onların beyni düz işləmir. Bəli, bu dəqiqə bizim əlimizə avtomat versələr, bir-birimizi qırasıyıq. Bizə erməni lazım deyil".

Nazpərinin pulla dolu seyfini kim oğurlayıb? - Bacısı deyir ki, yalandır... - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR