“Səbail” klubu Emin Cəfərquliyevlə yollarını ayırıb

“Səbail” klubu Emin Cəfərquliyevlə yollarını ayırıb
15:52 21 Avqust 2017
125 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 avqust. REPORT.AZ/ “Səbail” klubu bir futbolçusu ilə yollarını ayırıb. 
“Report”un paytaxt təmsilçisinin “facebook” səhifəsinə istinadən verdiyi xəbər görə, Emin Cəfərquliyev şəxsi işləri ilə əlaqədar klubdan ayrılmaq istədiyi barədə rəhbərliyinə müraciət edib.
27 yaşlı müdafiəçinin müraciəti müsbət qarşılanıb və onunla müqaviləyə xitam verilib.
Qeyd edək ki, ötən mövsüm AZAL-da çıxış etmiş Emin Cəfərquliyev yay fasiləsində “Səbail”lə 1 illik müqavilə bağlamışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sebail-klubu-emin-ceferquliyevle-yollarini-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR