"Qarabağ"ın vitse-prezidenti türk mütəxəssislə görüşdü

"Qarabağ"ın vitse-prezidenti türk mütəxəssislə görüşdü
18:17 21 Avqust 2017
194 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Türkiyənin tanınmış uşaq məşqçisi Həmdi Serpil Tüzünlə görüşüb. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, o, “Qarabağ”da çalışmış qocaman çalışdırıcıya baş çəkib.


 

Serpil Tüzünün yorğunluqla əlaqədar, səhhətində problem yaranıb. Bundan xəbər tutan Tahir Gözəl məşqçini ziyarət edib. O, Tüzünlə "Qarabağ"dan, onun verdiyi xidmətlərdən danışıb. Məşqçinin səhhəti ilə maraqlanan vitse-prezident ona şəfa diləyib.

 

Həmdi Serpil Tüzün 2004-cü ildə “Qarabağ”ın uşaq futbol akademiyasına dəvət olunub. Məhz onun rəhbərliyi altında Ağdam klubu ilk dəfə müxtəlif yaş qrupları üzrə seçimlər edib. Bu seçimlərə Qara Qarayev, Əfran İsmayılov, Rauf Əliyev və Maksim Medvedev kimi futbolçular qatılıb. Serpil Tüzün 2005-ci ildə işinin ilk mərhələsini uğurla başa vuraraq Türkiyəyə qayıdıb və 2010-cu ildə yenidən “Qarabağ”a dəvət olunub. Hazırda əsas komandada çıxış edən Eltun Turabov, Zaur Fərzəliyev, Məmməd Hüseynov və Turan Manafov kimi gənclərin önünü açan da məhz Tüzün olub. O, 2012-ci ildə şəxsi problemləri ilə əlaqədar, Azərbaycanı tərk etmək qərarına gəlib. 



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-vitse-prezidenti-turk-mutxssisl-gorudu-t60062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR